• Şb. Noy 23rd, 2024

Bakıda it və pişiklərdən COVID-19 testi götürüldü

ByYenigun.news

Apr 7, 2021

Qida Təhlükəsizliyi İnstitutu tərəfindən COVID-19 xəstəliyinin it və pişiklər arasında yayılmasının araşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.

Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

Qeyd edək ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında  COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınıb.

İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir