ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə şəxsən görüşməyi təklif edib.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin özü bildirib.
“Prezident Putinə şəxsən və birbaşa ünsiyyətin daha təsirli münasibətlər üçün lazım olacağına əminliyimi ifadə etdim, o bununla razılaşdı”, – Bayden Ağ Evdə Rusiya ilə bağlı siyasətə həsr olunmuş çıxışında deyib.
“Bununla əlaqədar olaraq, ölkələrimizin qarşılaşdığı bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”, – Ağ Ev rəhbəri əlavə edib.
Onun sözlərinə görə, komandalar hazırda bu imkanı müzakirə edirlər.
Bayden yüksək səviyyəli görüş çərçivəsində strateji sabitlik üzrə dialoqun başlamasını da təklif edib.