Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.
Qurumun mətbuat rəsmisi Rafiq Əliyev bildirib ki, bəzi dağlıq və dağətəyi regionlarda istiliyin verilməsi mayın 1-nə kimi davam edəcək: “Bu gündən etibarən istilik xətlərinə hidravlik təzyiq verilib yoxlanılmasına başlanılacaq. Bunun əsasında da növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri görüləcək”.
Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də isə başa çatır. Buna görə də bu gün respublikanın istiliklə təmin edilməsiylə bağlı son gün hesab edilir.