• Şb. Noy 23rd, 2024

Dilqəmlə Şahbaz sosial vəziyyətlərindən narazıdır

ByYenigun.news

Apr 6, 2021

Ötən ilin dekabrında erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra  6 il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.

“Yenigun.news” xəbər verir ki, Modern.az onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.

Dilqəm Əsgərov vəziyyətinin yaxşı olmadığını bildirib: “Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdır, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var”.

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib: “Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər.

Sosial yardım iki dəfə gəlib, ziyarət edib. Bundan başqa heç bir dövlət qurumu tərəfindən yardım olunmayıb. Burdan bizə yardım etməsi üçün dövlətə müraciət edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir