Dünyada təxminən 3,7 milyard insanın internetə qoşulmaq imkanı yoxdur ki, bu da bərabərsizliyin yeni formasını yaradır.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır bildirib.
“Təxminən 3,7 milyard insanın rəqəmsal texnologiyalardan kənarda qalması, işləmək, təhsil almaq və internetdə alış-veriş etmək imkanı olmaması fakt olaraq qalır”, – o qeyd edib.
O, rəqəmsal bölünməni aradan qaldırmağa çağırıb.