• C. Noy 22nd, 2024

Ermənistanın Azərbaycanla sərhəddə təxribatları sülh prosesinə ciddi zərər vurur

ByVuqar Ferzeliyev

Sen 16, 2022

        Ermənistan silahlı dəstələri sərhəddə növbətiirimiqyaslı təxribat törədərək mövqelərimizi ələ keçirməyə cəhd etsə də, onların atəş nöqtələri ordumuz tərəfindən məhv edilib. Ermənistan hərbçiləri Daşkəsən, Laçın, Kəlbəcər istiqamətindəki  yüksəkliklərimizdə olan mövqelərimizi atəşə tutub. Azərbaycana qarşı Ermənistanın sərhəddə başlatdığı təxribat və pozuculuq fəaliyyəti əks effekt verib, düşmənin hərbi qüvvəsi cəsur ordumuz tərəfindən darmadağın edilib.

       Təəssüf ki, itkilərin, yaralıların olması istisna deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

        Bu bədnam və faciəli təxribatı başladan Ermənistan rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə və digər ölkə rəhbərlərinə zəng edərək, atəşin dayandırılması üçün çağırışlar edib. Maraqlısı budur ki, atəşkəsi pozan, təxribatlara cəhd edən də özləridir, müxtəlif dövlət rəhbərlərinə yalvarışlar edərək, dayandırılmasını istəyənlər də. Ermənistanın sərhəddə təxribat törətməsində məqsəd delimitasiya, demarkasiya prosesləri üçün yaradılan komissiyanın işini pozmaqdır. Ermənilər nəyin bahasına olursa, olsun “status-kvo”nu saxlamaq istəyirlər. Bundan əlavə, onlar həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini və müxtəlif ölkələri proseslərə cəlb etmək, artıq öz missiyasını başa vurmuş, ölü qüvvəyə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək niyyətindədirlər. Bu, ermənilərin xislətidir. Sülhdən yayınmaq üçün bütün vasitələrə əl atırlar.

       Ermənistanın yeganə çıxış yolu sülhə gəlməkdir Ermənistan tərəfinin bu təcavüzkar addımı beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının pozulması, günədək aparılan normallaşma və sülh prosesinə qarşı ciddi təxribatdır.

       Hesab edirəm ki, Azərbaycan Ermənistanın nazıyla oynamamalıdır. Dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhün təmin olunmasına qarşı yönələn bu cür pozuculuq fəaliyyətini görməzdən gəlməməyə, sülhə, dinc yanaşı yaşamağa mane olan təxribatların qarşısını almaq məqsədilə real fəaliyyət göstərməyə bir daha dəvət edirik. Ermənistan dərhal sülh danışıqları masasına qayıtmalıdır. Azərbaycan öz suverenliyini qorumalıdır. Hər birimiz bu məsələdə dövlətimizin yanındayıq.

Salamat Nəcəfov,

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir