Süveyş kanalını bağlayan “Ever Given” konteyner gəmisi dayazlıqdan çıxarılıb.
Yenigun.news xəbər verir ki, bu barədə dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” məlumat yayıb: “Ever Given” yerli vaxtla saat 04:30 radələrində müvəffəqiyyətlə dənizdən çıxarılıb”.
“Bloomberg” nəşrinin məlumatına görə, kanalın hərəkətə nə vaxt açılacağı hələlik məlum deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin olduğu bildirilib.
Xatırladaq ki, Çindən Niderlanda yola düşən 400 metr uzunluğa sahib “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalında saya oturub.
Qeyd edək ki, Süveyş kanalı uzunluğu 160 km, eni 250 m-ə və dərinliyi 20 m-ə qədər olmaqla dünyanın ən fəal istifadə olunan dəniz ticarət yollarından biridir.