“Şuşa işğaldan azad olandan bəri mənim sevinc göz yaşlarım dayanmayıb. Mütləq gedəcəyəm, gözləyirəm…”
Yenigun.news xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. O, icazə verilən kimi Şuşaya ilk yollananlardan biri olacağını bildirib:
“Vətəndaşlara işğaldan azad olunan yerlərə getməyə icazə verilən kimi, görəcəksiniz ki, mənim səsim Şuşadan gəlir.Tək qarabağlıların yox, Azərbaycanın bütün bölgələrindən insanlar həmin vaxt orada çalıb-oxumağa başlayacaqlar”.
80 yaşlı sənətçi illlərin Şuşa həsrətinə son qoyduğu üçün ölkə başçısına təşəkkür edib:
“Bəzi məmurların Şuşa ilə bağlı fikirləri olduğu deyilir, mən qarışmaq istəmirəm, çünki ölkə başçısı bu barədə danışdı. Mənim bu barədə informasiyam ondan çox ola bilməz. Dövlət adamlarına “o” deyə müraciət etmək olmaz, mən möhtərəm bir şəxsə deyirəm, “O” hərfini hər zaman böyüklə vurğulayıram. Bir daha təkrar edirəm ki, ona vətənimlə borcluyam, o məni vətənimə qaytardı. Hər halda, məmurlar haqda onun informasiyaları millət səviyyəsində olan informasiyadır, mənim onun fikirlərinin qarşısında bir söz deməyə ixtiyarım yoxdur”.