• Şb. Fev 14th, 2026

Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama

Byadmin

Noy 11, 2021

“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, binanın fasadı bərpa olunacaq: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.