• Ca. Noy 21st, 2024

“İkili standartlar” siyasətinin təzahürü

ByVuqar Ferzeliyev

Mar 14, 2024

   Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezidentimiz İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan davamlı inkişaf edən ölkələrdəndir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin emək üçündür. Baxmayaraq ki, Azərbaycan ərazilərinin  20 faizi 30 il Ermənistanın işğalı altında idi. Ermənilər həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşmiş və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətmişlər. Yüzlərlə şəhər və kəndimiz işğal edilmiş və məhv olmuşdur.

   30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi.

   İkili standartlar beynəlxalq ədalətsizlikdən başqa bir şey deyil. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermişdi. Bu,çox yaxın bir tarixin hadisəsidir. Lakin bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiqlər qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir