Təhsil Nazirliyi məktəblərin valideynin əvəzinə elektron qaydada qeydiyyatdan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
“Yenigun.news” xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı sualları cavablandırarkən qeyd edib ki, nazirlik birinci sinfə qəbulla bağlı vətəndaşlar tərəfindən daxil edilən sorğuları, onların neçə faizinin fərdi İP tərəfindən aparıldığını izləyir: “Bu proses daha çox vətəndaşın özü tərəfindən həyata keçirilir. Yalnız ucqar kəndlərimizdə internet problemi, İKT cihazları olmadığı halda məktəblərin vətəndaşlara kömək etməsi qəbul ediləndir”.