• Bz. Noy 24th, 2024

MİLLİ MARAQLARIN TƏMİN OLUNMASI NAMİNƏ

ByYenigun.news

Apr 23, 2021

Biz 44 günlük müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik müharibələr tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur.
Prezident İlham Əliyev öz telemüsahibəsində maraqlı bir misal gətirib. O, deyib ki, işğaldan azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müharibə başa çatandan dərhal sonra bütün infrastruktur layihələrinə start verildi. Bu, çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. Bu, misli görünməmiş vəhşilikdir. Rəsmi İrəvan uzun illər ərzində törədiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. İşğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunun üçün xarici mütəxəssislər cəlb olunacaq. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.
Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq. Belə hesab edirik ki, Artıq Azərbaycanla hesablaşmağın zamanıdır, hesablaşırlar, hesablaşacaqlar və başqa yolları da yoxdur. Dövlət başçısı deyb ki, bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Prezidentin öz müsahibəsində verdiyi mesajla tam razıyıq və onu bütün varlığımızla dəstkləyirik.
Aydın Hüseynov, Cəlilabad şəhər sakini, “Yeni Gün” qəzetinin baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir