Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
“Yenigun.news”un məlumatına görə, işğaldan azad olunmuş ərazilərə səfər zamanı dövlət başçısı Cəbrayıl rayonun girişində 28 ildən sonra qoyulan lövhə ilə də tanış olub.
Azərbaycan Prezidenti qeyd edib ki, “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi əvvəlki dizaynda hazırlanıb.