“Rayon qeydiyyatında olan uşaq Bakıda orta məktəbdə təhsil ala bilər. Valideynlər paytaxtda demək olar ki, əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər”.
“Yenigun.news” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, üstünlük hüququ daha çox həmin xidməti ərazidə yaşayan, digər bacı və ya qardaşı həmin məktəbdə oxuyan və ya valideyni həmin məktəbdə çalışan şəxslərə verilir.