“Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb”.
“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya geniş dövlətlərarası əməkdaşlıq üçün açıqdır və BMT çərçivəsində və qlobal məsələlərdə əsas rolun qorunması və gücləndirilməsinin tərəfdarıdır. Putin həmçinin qeyd edib ki, Moskva regional münaqişələrin həllinə kömək etməyə çalışır.
“Artıq Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etmişik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı münaqişənin dayandırılmasında da vacib rol oynayıb”,- deyə V. Putin sözlərinə əlavə edib.
Rusiya lideri qeyd edib ki, Moskva Asiya, Latın Amerikası ölkələrinin mütləq əksəriyyəti və bir çox Avropa ölkəsi ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurmağa davam edir.