• Bz. Noy 24th, 2024

SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA – Ayın 18-dən…

ByYenigun.news

Mar 17, 2021

Novruz bayramı günlərində yoluxma sayının artması səbəbi ilə SMS icazənin yenidən tətbiq edilib-edilməməsi məsələsi gündəmdədir.
Koronavirusa yoluxmanın artması bayram ərəfəsində “SMS icazə”nin tətbiqi məsələsini aktuallaşdırıb. Bəs, görəsən, doğrudan da icazə sistemi yenidən tətbiq edildiyi təqdirdə peyvənd olunan şəxslər də SMS icazədən istifadə etməlidirmi?
Həkim Adil Qeybulla Baku TV-yə bildirib ki, vaksinasiya olunan insanlara məhdudiyyətin tətbiq edilməsi doğru deyil.
“Məlum olduğu kimi ölkə üzrə yanvar ayından etibarən koronavirus əleyhinə vaksinasiyaya start verilib. 450 mindən çox insan artıq peyvənd olunub. Peyvənd insanda immunitet formalaşdırır və bu xəstəliyin ağır keçməməsinin qarşısını alır, yoluxduruculuğa təsir edir”.
Həkimin sözlərinə görə, vaksin olunmuş şəxslər risk daşımır və onlarda demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur:
“SMS icazənin yalnız peyvənd olunmayanlara tətbiqi daha doğrudur. Bu, yoluxma sayının kəskin artmaması üçün faydalı olardı”.
Məlumat üçün qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə bütün respublika üzrə könüllü və dövlət hesabına aparılır.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir