Türk Şurasının təmsilçiləri sabah Ağdama səfər edəcəklər.
“Yenigun.news” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, oradakı reallıqları qardaş türk ölkələrinin nümayəndələri də görməlidir:
“Bizim niyyətimiz sahib olduğumuz bu mədəniyyətin dünyaya çatdırılması, dünya ölkələri ilə xoşməramlı münasibətlərin qurulması, həmçinin, dövlət başçılarımız tərəfindən aparılan bu siyasətə lazımi informasiya dəstəyi verməkdir ki, əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmış olsun”.
Qeyd edək ki, Bakıda keçirilən iclasda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edilər.