Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
“Yenigun.news” xəbər verir ki, türkiyəli nazir bununla bağlı sosial şəbəkədə yazıb.
“Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun”, – deyə paylaşımda deyilir.
Qeyd edək ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunan Azad Rəhimov dünən 56 yaşında dünyasını dəyişib.