• Bz. Noy 24th, 2024

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan – Açıqlama

ByYenigun.news

Mar 29, 2021

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq müddəti hər iki ölkədə sona çatıb.

Yenigun.news xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Beləliklə, iki ölkə vətəndaşları Türkiyə ilə Azərbaycan arasında birbaşa uçuşlar zamanı pasporta ehtiyac olmadan yalnız yeni növ şəxsiyyət vəsiqələrini təqdim edərək səyahət edə bilərlər.

“1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”,- deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir