ABŞ-ın dərman şirkəti olan “Johnson and Johnson” 12-17 yaşlılar üçün də koronavirus vaksinləri hazırlayacaq.
“Yenigun.news” xarici KİV-ə istinadən xəbər verir ki, kliniki sınaqlar artıq ikinci mərhələdədir.
Vaksinlər əvvəlcə 16-17 yaşlı könüllülər üzərində sınaqdan keçiriləcək, daha sonra 12 yaşa doğru davam edəcək.
Bildirilib ki, koronavirusun yeniyetmələrdə xəstəlik fəsadları qədər təhsil, zehni sağlamlıq və sosial vəziyyətləri diqqətdə olacaq.
O da qeyd edilib ki, günlük həyata dönmək üçün hər kəsi əhatə edən vaksinlər hazırlanması həyati əhəmiyyət daşıyır.