• Bz. Yan 11th, 2026

“Xızı-Abşeron” KES-ı ölkəmizin inkişafına töhfə verəcək

ByVuqar Ferzeliyev

Yan 10, 2026

     Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bəyan edib ki, yalnız bərpaolunan enerji obyektinin istismara verilməsini deyil, eyni zamanda ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığının artırılması və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və uzunmüddətli siyasətin konseptual çərçivəsini əks etdirir. Çıxışda xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycanın bərpaolunan enerji sahəsində xarici investorlarla formalaşdırdığı etibarlı tərəfdaşlıq modelidir.

      Düz dörd il bundan əvvəl – 2022-ci ilin yanvar ayında KES-in  təməli qoyulub. Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payının sistemli şəkildə artırıldığını göstərir. Layihənin uğurla tamamlanması bir tərəfdən ölkədə planlaşdırma və icra intizamının möhkəmliyini, digər tərəfdən isə beynəlxalq investorların Azərbaycana olan etimadının real nəticəyə çevrildiyini təsdiqləyir.

     Ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq, böyük vəsait tələb edir. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.

       Prezident İlham Əliyev Azərbaycan energetiklərinin əməyini yüksək qiymətləndirib. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Dövlət başçımız vəzifə olaraq bildirib ki, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar.

                                                                                            Nurlan Ağamalıyev,  

                           YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi