• Bz. Noy 24th, 2024

Yeni reallıqlar zəminində tərəfdaşlıq və fəaliyyət

ByVuqar Ferzeliyev

Apr 27, 2023

        Ölkəmiz, Avropa İttifaqına  üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Bolqarıstanla getdikcə genişlənən əməkdaşlıq buna misaldır. Prezident İlham Əliyev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimindəki çıxışında Azərbaycanla Bolqarıstanı əsl dost ölkələr kimi səciyyələndirərək vurğulayıb: “Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik”

           Avropa dövlətlərinin liderləri Prezident İlham Əliyevin istənilən şifahi vədini belə artıq müqavilə sənədi kimi qəbul edirlər. Əslində, Prezident İlham Əliyevin vaxtilə Avropanın enerji təhlükəsizliyinə yönələn təkliflərinin hamısı qəbul olunsaydı, bu gün Avropada enerji böhranı olmazdı. Bu baxımdan Azərbaycan nəinki etibarlı tərəfdaşdır, həm də gələcəyə yönələn və qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli Lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, sülhə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edir.

.        Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir. qaz axını daha geniş spektrli “Orta Dəhliz” layihəsinin tərkib hissəsidir. Bu mənada təbii ki, bu dəhlizin, demək olar mərkəzində yerləşən iki ölkə arasında əməkdaşlıq Asiya və Avropa arasında nəqliyyat daşımalarının intensivliyini tamamilə yeni səviyyəyə qaldırır. Bu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların miqyasının ildən-ilə artacağını vəd edir.

                                                                                                          Rövşən Mirzəyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir