• Bz. Noy 24th, 2024

2065-ci ildə bu Avropa ölkəsinin yarıdan çoxu müsəlman olacaq –İslamofobların məhşəri…

ByYenigun.news

İyn 17, 2021

Çexiyanın Baş naziri Andrey Babiş  Avropa əhalisinin müsəlman ölkələrindən olan mühacirlərlə əvəzlənməsinin gələcək  statistikasından bərk narahat olub. 

 Yenigun.news xəbər verir ki, bu  barədə “İsveç xəbərləri” nəşri məlumat yayıb.  

Məlumata görə,  baş nazir 2065-ci il üçün İsveç əhalisinin yarısından çoxunun müsəlman olmasından böyük həyəcanla danışıb. Çexiya hökumət başçısı hesab edir ki, Avropa əhalisinin müsəlman ölkələrindən olan miqrantlarla əvəzlənməsi prosesi yalnız İsveçdə baş verməyəcək. Belə ki, islamofob siyasətçinin sözlərinə görə, artıq 2044-cü ildə Niderlandda da müsəlmanların üstünlüyü ortaya çıxacaq. 

Xatırladaq ki, Babiş müsəlman ölkələrindən olan mühacirlərin Avropaya köçməsinin ən qatı əleyhdarlarındandır. 2017-ci ildə o, Çexiyanın sığınacaq istəyən miqrant qəbulunu tam dayandırmasında israr  etmişdi.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir