• Bz. Fev 5th, 2023

Ərdoğan İmam Hüseyn qətliamına görə İran prezidentinə başsağlığı verdi

ByYenigun.news

Avq 12, 2021

“Şübhə etmirəm ki, sizin prezidentliyiniz dönəmi İran üçün daha sıx hərtərəfli regional əməkdaşlıqda yeni era olacaq”.

Yenigun.news xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan İran prezidenti Rəisi ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan İmam Hüseynin Kərbala qətliamının ildönümü ilə bağlı Rəisiyə başsağlığı verib.

Türkiyə prezidenti deyib ki, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurası ikitərəfli əməkdaşlıqda həlledici rol oynayır. O Tehranda yeni görüşün tezliklə baş tutacağına ümid etdiyini vurğulayıb.

Ərdoğan İranın Türkiyədə meşə yanğınları ilə bağlı hümanitar töhfəsini yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir