Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır.
Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Əlmatdar hadisələrdən biri Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Cəbrayıla, Xudafərin körprüsünə səfər etmələri oldu. Müharibənin başa çatmasından az sonra noyabrın 16-da həyata keçirilən bu, səfər qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı: “Prezident oradan bəyan etmişdi ki, Cəbrayıl qurulacaq, bərpa ediləcək. O zamandan uzun zaman keçməyib, artıq Cəbrayılda quruculuq bərpa işlərinə başlanılıb və sürətlə həyata keçirilir.
İnsanlarımız səbirsizlikə o günü gözləyirlər ki, onlar öz doğma yurdlarına yaşamaq üçün qayıdacaqlar. Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 1 illiyini qeyd edirik. Bir il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.
Aqil Qurbanov, Cəlilabad KOB nümayəndəsi