• Şb. Apr 20th, 2024

Çevik siyasi iradənin təcəssümü

ByVuqar Ferzeliyev

Fev 24, 2022

Məlum olduğu kimi, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıb.
Bəyannaməə iki ölkənin qarşılıqlı maraqlarını əks etdirən məqamlar öz əksini tapıb. Sənəddə belə bir məqam var: “Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
Bəyannamənin birinci bəndinə diqqət çəkən Prezident İlham Əliyev qeyd edib ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. “Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  Azərbaycanla Rusiya arasında humanitar, mədəniyyət və turizm sahəsində əlaqələr daha da genişləndirilir. Rusiyanın bütün qubernatorlarına Azərbaycan ilə əməkdaşlıq etməyə icazə verilir. Diaspora işləri bundan sonra da genişləndirilərək daha da inkişaf etdirilir. Təhsil sahəsində əməkdaşlıq sahəsində Rus universitetlərini gələcəkdə də Azərbaycanda açılmasına imkan yaradılır. Bir sözıə Azərbaycanın bütün milli maraqlarının özündə əks etdirən və əməkdaşlığın yüksək nümunəsi Moskva Bəyannaməsi dövlətimizin gələcəyi üçün ciddi töhfədir. Bu müqavilə, Şuşa Bəyannaməsi ilə birlikdə Azərbaycanın gələcəkdə ərazi bütövlüyünü qoruyur, suverenliyini təmin edir.

 Ulu öndərin uzaqgörən müdrik və balanslaşdırılmış daxili  və xarici siyasətinə güvənən möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın kəskin siyasi- iqtisadi böhranlar və müharibə intriqaları ilə çalxalandığı bir zamanda Moskva Bəyannaməsini imzalamaqla bir daha ciddi və qətiyyətli siyasi iradə nümayiş etdirdi. Çevik siyasət yeridən İlham Əliyev öz fəaliyyətində həmişə «Ən uzaq qohumdansa yaxın qonşu yaxşıdır» prinsipinə uyğun olaraq region dövlətləri ilə siyasi, iqtisadi əməkdaşlıq, qarşılıqlı anlaşma, mehribanlıq və sülh şəraitində yaşamağın   vacibliyinə önəm verməyi üstün tutur. Məhz bu  konteksdən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının  qonşu Rusiya Federasiyasına işgüzar səfəri, həmkarı cənab Vladimir Putinlə görüş zamanı birgə razılığa gələrək dövlətlərimizin və xalqlarımızın mənafelərinə xidmət edən bir sıra rəsmi sənədər imzalaması və vacib bəyannamə qəbul etməsi dünya ölkələrinə və xalqlarına bir nümunədir.
 Cılilabad gəncləri öz düzgün diplomatik siyasi gedişləri ilə müstəqil dövlətimizin daha qüdrətli gələcəyi  naminə qətiyyət, siyasi iradə və  canyanğısı  ilə yorulmadan çalışan dövlət başçımıza güvənir, onun ətrafında daha  sıx birləşərək tutduğu haqq yolunu, düzgün mövqeyi ürəkdən  dəstəkləyirik. Bəyannamə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, regionda sülh və əmin-amanlığa xidmət edəcəkdir.

 Elçin Hüseynov,

Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi.
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir