Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı
təbliğ edir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və
beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra
ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi
dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi
görüşlər keçirilir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin «Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti
haqqında» Bəyannamə imzalamışlar. Qonşu ölkələrlə yüksək səviyyəli
münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi
sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük
rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış
sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə
Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin
yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı,
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi
əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir.
Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə
mühüm təkan və dəstək oldu.
Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də
ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib:
“Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və
münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən
Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə
çoxillik, – otuz ilə yaxın, – qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər
şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan
ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş
nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran,
Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət
göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri
arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb.
Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT
Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən
dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla
azərbaycanlı yaşayır və işləyir.
Qeyd edək ki, Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə
qarşı yönəlməyib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan
sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət
yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı
yönəlməyib.
Vüqar Cavadov,
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü.
Davamlı münasibətlərin əsasları, yeni müttəfiqlik səviyyəsi
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham
Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər
qazanılmasında bu amil böyük rol oynayıb. Vətən müharibəsində tarixi Zəfər
qazanılmasında bu amil böyük rol oynayıb.
Prezident İlham Əliyevin dediui kimi, müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl
başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43
bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə
edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki,
tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,
sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə
qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə,
ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim
kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona
görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də
gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq,
əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək,
qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll
edəcəyik.
Tərəflər iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına
hərtərəfli yardım etmək, milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də
etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını
təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi
həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq,
Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və
humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının
fəaliyyətlərinin təşviqi üçün addımlar atılacaqdır.
Bəyannəmədə göstərildiyi kimi, tərəflər mədəniyyət və incəsənət, təhsil, elm,
turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər
təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi
informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda
əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər. Həmçinin konsert-qastrol
fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil
sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni
maarifləndirmə tədbirlərinin keçirilməsi təşviq ediləcəkdir.
Təhsil işçisi kimi xüsusilə qeyd etmək istəyirəm ki, rus dili münasibətlərimizin
və gələcək əlaqələrimizin mühüm əsasıdır. Azərbaycanda təhsilin rus dilində
olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır.
Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur.
Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini
bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.
Hafiz Cavadov,
Rayon Təhsil Şöbəsində müavin,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü
Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ
Dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli
münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi
sahələrdəndir: “Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə
müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada
gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki,
dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə
zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur.
Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni
əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin
iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə
dövlət başçısı İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında” Bəyannamənin imzalanması postmünaqişə dövrünün reallıqlarının
təqdimatında əhəmiyyətli rol oynayır Moskva Bəyannaməsi ilə Azərbaycan və
Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə
edir.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq
tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik
missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin
yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin
imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də
əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana
böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan
siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin
Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir.
Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi
gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur.
Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir.
Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən
edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası
arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il
tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və
“Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri
haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında
diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz
arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə
dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım
perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas
bazarlardan biridir.
Digər bəzi məsələlərə də toxunmaq istəyirəm. Moskva Bəyannaməsi Türkiyə
ilə imzalanmış Şuşa Bəyannaməsini əsla kölgədə qoymur. Dünyanın indiki qarışıq
və təlatümlü vaxtında Rusiya ilə Türkiyənin münasibətlərinin yüksələn xətlə
inkişafı onu deməyə əsas verir ki, bu sənədin imzalanmasında Ankaraının da xeyir
– duası olub. İndi bizim gözlədiyimiz əsas məsələ Rusiyanın öz öhdəliklərinə və
imzaladığı sənədlərə nə dərəcədə səmimiyyətlə əməl edəcəyidir və heç şübhəsiz
bizim ilk narahatçılğımız Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün
bunların Rusiya sülhməramlılarının nəinki gözləri önündə, bir çox hallarda onların
xeyir duası ilə baş verməsidir.
Rusiya ilə Ukrayna arasında kəskinləşən münasibətlərlə eyni dövrə təsadüf
etməsini şişirtməyə, faciə kimi qəbul etməyə gərək yox. Nəzərə almaq lazım ki, bu
cüür görüş və sənədlərin imzalanması mərasimin vaxtı da aylar öncədən
razılaşdırılır. İstənilən halda mən bu sənədin Azərbaycanın suverenliyini daha da
möhkəmləndirəcəyinə, ərazi bütövlüyümüzün tam bərqərar olmasına xidmət
edəcəyinə ümid edirik.
Bəyannamədə göstərilən müddəaların hər biri cəmiyyətimizin xeyrinədir.
Məsələn, ən vacib bir poroblem kimi, Rusiya Federasiyası və Azərbaycan
Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq
təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik
vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri
və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə
də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların
neytrallaşdırılmasında səylərini birləşdiriblər.
Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz
diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin,
əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu
uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir.
Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu
gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Anar Sadatov,
Cəlilabad rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi
Azərbaycanın maraqlarına cavab verən sənəd
Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı
təbliğ edir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və
beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra
ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi
dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi
görüşlər keçirilir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin «Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti
haqqında» Bəyannamə imzalamışlar. Qonşu ölkələrlə yüksək səviyyəli
münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi
sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük
rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış
sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə
Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin
yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı,
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi
əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir.
Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə
mühüm təkan və dəstək oldu.
Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də
ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib:
“Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və
münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən
Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə
çoxillik, – otuz ilə yaxın, – qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər
şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan
ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş
nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran,
Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət
göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri
arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb.
Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT
Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən
dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla
azərbaycanlı yaşayır və işləyir.
Qeyd edək ki, Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə
qarşı yönəlməyib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan
sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət
yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı
yönəlməyib.
Vüqar Cavadov,
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü.
Davamlı münasibətlərin əsasları, yeni müttəfiqlik səviyyəsi
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham
Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər
qazanılmasında bu amil böyük rol oynayıb. Vətən müharibəsində tarixi Zəfər
qazanılmasında bu amil böyük rol oynayıb.
Prezident İlham Əliyevin dediui kimi, müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl
başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43
bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə
edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki,
tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,
sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə
qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə,
ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim
kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona
görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də
gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq,
əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək,
qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll
edəcəyik.
Tərəflər iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına
hərtərəfli yardım etmək, milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də
etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını
təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi
həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq,
Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və
humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının
fəaliyyətlərinin təşviqi üçün addımlar atılacaqdır.
Bəyannəmədə göstərildiyi kimi, tərəflər mədəniyyət və incəsənət, təhsil, elm,
turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər
təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi
informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda
əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər. Həmçinin konsert-qastrol
fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil
sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni
maarifləndirmə tədbirlərinin keçirilməsi təşviq ediləcəkdir.
Təhsil işçisi kimi xüsusilə qeyd etmək istəyirəm ki, rus dili münasibətlərimizin
və gələcək əlaqələrimizin mühüm əsasıdır. Azərbaycanda təhsilin rus dilində
olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır.
Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur.
Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini
bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.
Hafiz Cavadov,
Rayon Təhsil Şöbəsi müdirinin müavini,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü
Müttəfiqlik münasibətləri sülhə və
əminamanlığa xidmət edəcək
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin «Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında»
Bəyannamə imzalamışlar. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin
qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən
müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük
Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki,
Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək
istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və
düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar
Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu
açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan
və dəstək oldu.
«Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı
müttəfiqlik fəaliyyəti haqqında”» imzalanan Bəyannamədə həm 10 noyabr, həm 11
yanvar, həm də 16 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış
tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan
sonra da hər cür dəstək verilməsi məsələsini özündə ehtiva edir: «Düşünürəm ki,
sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi
təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd
olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha
əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana
əlavə avantaj və rıçaqlar qazandırır. Yəni, Azərbaycana separatistlər və yeni
müharibə iddiasi ilə çıxış edən, ya da proseslərin gedişatını ləngitməyə çalışaraq
ölkələrin iradəsinə, xalqların təhlüksəzilik və rifahına əks bucaqda dayanan
revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.
Bu sənədin hazırlanması yeni bir xəbər deyil, bunun hazırlıq prosesi uzun
müddət idi ki, gedirdi. Dövlət başçımız həm 2020-ci il 10 oktyabr tarixində RBK-
yə verdiyi müsahibədə, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibəti ilə müraciətində bunun anonsunu vermişdi ki, Rusiya ilə
əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu sənədin regionda
gedən son proseslərlə, Ukrayna məsələsi ilə əlaqəsi mövcud deyil. Azərbaycan
müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər
qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və
aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri
rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial
mövqe nümayiş etdirməsi yolunda əngəl deyil.
Tərəflər müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar
çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə
onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək
verməklə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər həmçinin aqrar-sənaye kompleksi
sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı
məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından
istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin
inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.
Rahib Kərimov,
Cəlilabad rayon DAİM-in direktoru
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü.