Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir!” mövzusunda tədbir keçirilib. İştirakçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Tədbir Cəlilabad rayon Heydər Əliyev Mərkəzində öz işini davam etdirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları gənc rəssamların Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgisi ilə tanış oldular. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edərək, dahi siyasətçinin Azərbaycan dövlətinin çiçəklənməsi və qüdrətlənməsi üçün mütərəqqi fəaliyyətini geniş müzakirə və təhlil ediblər. Tədbirin sonunda Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin şagirdi Ucal İsmayılzadə tədbirlərdə göstərdiyi fəallığa görə Cəlilabad rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanla təltif edilib.