• Be. Noy 25th, 2024

ERMƏNİSTANIN TÖRƏTDİYİ CİNAYƏTLƏR
BÜTÜN DÜNYAYA MƏLUMDUR

ByVuqar Ferzeliyev

Fev 16, 2022
Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin məqsədi dayanıqlı inkişafı, müstəqil siyasəti möhkəmləndirmək və xalqın xoşbəxt gələcəyini tam təmin etmək olub. Bu gün dünya da şahidlik edir ki, Azərbaycan qısa zaman ərzində daha qüdrətli, sözünün sahibinə çevrilən dövlət olub. Ölkəmiz uzaqgörən liderinin yürütdüyü müstəqil siyasətlə dünyada ən etibarlı tərəfdaşa çevrilib.
  Prezidentimizin xalq qarşısında ən böyük xidməti isə Qarabağın  azad edilməsidir. Vətən müharibəsi 30 ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, alımızı açıq etdi. Ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu.  
   Prezident İlham Əliyev fevralın 13-də Ağdama səfəri zamanı vurğulayb  ki,  

otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Ağdam şəhəri tamamilə dağıdılıb. Azad edilmiş torpaqlarda olarkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə – birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir. 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Dövlətimizin başçısı budəfəki səfəri zamanı deyib ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr hər an Azərbaycan ordusu tərəfindən məhv oluna bilər. Bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində, Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı öz torpaqlarını qaytarıb. Bu torpaqlar qan tökərək, şəhidlər verərək qaytarılıb. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır.

Maşalla Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir