• Ca. Noy 21st, 2024

Moskva Bəyannaməsi ölkəmizə yeni imkanlar qazandırır

ByVuqar Ferzeliyev

Fev 24, 2022

Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbycan və Rusiya dövlətləri arasında fevralın 22-də imzalanmış müttəfiqlik haqqında Bəyannamənin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir.
Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir.Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqlarının təzahürüdür.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Dövlətimizin başçısı deyib: “Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb.
Ölkənin milli təhlükəsizliyinin digər əhəmiyyətli və strateji istiqaməti isə Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulmasını bir zərurətə çevirən şimal istiqamətidir. İmzalanan Bəyannamə hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. 43 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, humanitar sahələri nəzərdə tutan belə bir mühüm sənədin imzalanması Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bu müttəfiqlik yeni dünya kontekstində Azərbacanı öz müttəfiqləri ilə birlikdə güc mərkəzlərindən birinə çevirəcək və uzunmüddətli sülhə gətirib çıxaracaq. Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. İnanırıq ki, Rusiya və Azərbaycan liderləri tərəfindən qarşıdan gələn Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimiz arasında bütün münasibətlər kompleksinin əsaslı şəkildə yeni səviyyəyə qaldırılmasına səbəb olacaq. Azərbaycan Rusiyanın postsovet məkanında əsas strateji tərəfdaşlarından biridir. İlham Əliyevin simasında isə Bakının son illərdə artan nüfuzunu, xüsusən İkinci Qarabağ müharibəsində qələbə çaldıqdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra biz ən böyük beynəlxalq siyasətçilərdən birini görürük. Bu gün təkcə Cənubi Qafqaz regionunda deyil, onun hüdudlarından kənarda da Rusiya ilə Azərbaycan arasında münasibətlərin statusundan çox şey asılıdır. Münasibətlərimizin müttəfiqlik səviyyəsinə keçməsi digər məsələlərlə yanaşı, beynəlxalq vəziyyətə də müsbət təsir göstərəcək.

Rafiq Ağayev,
YAP Cəlilabad RT-nın aparat rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir