“Biz də dəmir yolu məsələsində çalışırıq”.
Yenigun.news-un məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Türkiyəli nazir deyib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq: “İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.
Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.