• C. Noy 22nd, 2024

Qaradağ Günəş Elektrik Stansiyası
ölkəmizin enerji potensialını artıracaq

ByVuqar Ferzeliyev

Mar 17, 2022
 Qaradağ Günəş Elektrik Stansiyası son illər ərzində inşa ediləcək ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, ilin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, “Qobu” Enerji Qovşağının, indi isə  Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu, hər kəs görə bilər, cəmi bir neçə ay ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülür. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edir. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
  Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik və digər təbii enerjisindən də valyuta qazanacaq.  Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.
  Xatırladaq ki, “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dövlət başçısının 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.
 Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Yeni layihənin icraçısı da dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir."Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ "Masdar" şirkəti tərəfindən təmin olunacaq. Bütün bunlar isə Vətənimizin gələcək firavan həyatınınyüksəlişinə xidmət edir.

Rafael Məmmədov, RİH əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir