Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca VIII görüşü fevralın 4-də Bakıda baş tutdu. Azərbaycan Paytaxtı artıq səkkizinci dəfədir ki, bu tədbirə ev sahibliyi edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılması ideyasının müəllifi Azərbaycan Prezidentidir. Bu, sayca indiyədək keçirilən tədbirlər arasında ən böyüyüdür. Belə tədbirlərin keçirməkdə məqsəd Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində il ərzində atılan addımlara qiymət vermək, onları təhlil etmək, əldə edilmiş uğurları vurğulamaq, eyni zamanda qarşıda dayanan vəzifələri müəyyən etmək, bütün bu işlərin koordinasiyasını həyata keçirməkdir.
Ənənəvi olaraq bu tədbirdə Prezident İlham Əliyev geniş, əhatəli bir nitq ilə çıxış etdi. Prezident keçən il ərzində Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda dayanan vəzifələrə xüsusi diqqət ayırdı.
Toplantıda cənab Prezidentin toxunduğu əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər. Millət vəkili vurğuladı ki, son vaxtlar Avropada baş verən hadisələr, eyni zamanda Ukrayna və Rusiya arasındakı gərginlik bir daha göstərdi ki, ciddi bir tərəfdaş dövlətin inhisarında olan qaz yataqlarında qaz ixracatçısı olaraq mütləq şəkildə zəmanət olmalıdır.
Biz yaxşı bilirik ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir. Bu yataqların işə salınması nəticə etibarilə həm Avropanın enerji təhlükəsizliyinin təminatı üçün böyük töhfədir, eyni zamanda Azərbaycanın daxili tələbatının ödənilməsi üçün mühüm rol oynaya bilər. 2022-ci ildə də ölkəmiz Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
Alıcı Dilavərov