Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Müharibədən sonra onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın.
İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.
“Biz onları Azərbaycan vətəndaşı hesab edirik. Sadəcə olaraq onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni probaqandasından öz yaxalarını qurtarmalıdırlar. Onlar öz gələcəyini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz onları da bərpa-yenidənqurma işlərinə cəlb etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji nöqteyi-nəzərdən, sülh prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir də müharibə olmasın. Hər halda, biz müharibəyə başlamayacağıq - əgər Ermənistan tərəfində revanşist meyllər baş qaldırmasa. Əgər biz görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Amma bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu "Anadolu" agentliyinə müsahibəsində deyib. Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpaqlarında yaşayırlar.
Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın.
Füzuli Cəfərov, müəllim