• C. Noy 22nd, 2024

Xudayar Soltanlı: AĞDAMIN BƏRPASI QALİBİYYƏTİN TƏNTƏNƏSİDİR

Byadmin

Noy 19, 2021

  Yaxşı xatirimizdədir, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilk mayıın 28-də Ağdam bölgəsinə səfər etmişdi. İctimaiyyətin nümayəndələri, qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşıladılar. Bu, sözün əsl mənasında qalibiyyətimizin təntənəsi idi. Cənab İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış olub.

  Bu günlər bir daha əyani şəkildə görürük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.

   44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Ağdamın işğaldan azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Ağdamı bütöv halda azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi.

    Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri də qələbənin rəsmiləşdirilməsi deməkdir.
   Prezidentin bu səfəri ilə Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyuldu. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev nəsib etmişdir. Bu xoşbəxtliyi o, bütün Azərbaycan xalqına bəxş etmişdir. O, bizim itmiş inamımızı qaytarmış, . ölməkdə olan ümidlərimizi yenidən dirçəltmiş, insanlaras yeni həyat vermişdir. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.

   Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etmişdir. O. yeni ordu qurdu, ordumuzu ən yeni silahlarla silahlandırdı, yeni vətənpərvər gənclər nəsli yetirdi, XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdi. Bu gün hətta dünyanın güc mərkəzləri də İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir. Dövlət başçımız  Ermənistanı təkcə hərb meydanında darmadağın etmədi, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdı, informasiya müharibəsinin yeganə baş qəhrəmanı oldu. 

İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandana, Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsımıza eşq olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir