• Şb. Dek 21st, 2024

Azərbaycan Avropaya qaz ixracında mühüm rola malikdir  

ByVuqar Ferzeliyev

Sen 9, 2024

      Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut edir. Ümumiyyətlə, ölkələrarası münasibətlərdə bu cür səfərlər xüsusi əhəmiyyətə malikdir. Yəni Prezident İlham Əliyevin İtaliyaya səfərinin ilkin  məqsədi münasibətlərin inkişaf dinamikasını artırmaq, habelə perspektivdə atılacaq addımları müəyyən etməkdir.

      Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərdi.

       Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş   “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada   çıxış edərək qaz ixracının gələcək illərlə bağlı hədəflərini açıqladı. Dövlətimizin  başçısı bəyan etdi ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa perspektivli start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

       Azərbaycan həm də böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

         Bu gün bir daha şahid oluruq ki, Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Ölkəmiz Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Avropa ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Rəxşəndə Qasımova,

Lənkaran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir