• Ca. Dek 26th, 2024

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən taptağından azad edildi və uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı. Prezident cənab İlham Əliyevin Anım Günündə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”. Bu Qələbə nəticəsində tarixdə əbədi yaşayacaq, dövlətimizi qalib dövlət, xalqımızı qalib xalq olaraq təsdiqləyən Zəfər salnaməmiz yazıldı. Azərbaycan dövləti müharibəni hərbi-siyasi yollarla həll etməklə öz torpaqlarının və taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir