• Bz. Dek 22nd, 2024

İqtisadi əlaqələrin perspektivləri yüksəkdir

ByVuqar Ferzeliyev

Avq 26, 2024

        Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevlə Baş nazir Abdulla Aripovun görüşündə Orta Dəhlizin əhəmiyyəti xüsusi vurğulanıb. İki dost ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur.

       Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələri daha zəngin edəcəkdir.

      Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi
Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir.

       Münbit investisiya mühiti. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq.
      İnvestisiya proqramları. İnvestisiya proqramları müəyyən olunmuş sahələr: sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq). turizm biznesi, mehmanxana biznesidir.
       Biznes layihələrinin informasiya dəstəyi. Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.
     “Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin
sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxu artıq yerləşdirilib.   

Prezident İlham Əliyev Dəşkəndə etdiyi səfər zamanı mətbuata verdiyi bəyanatda demişdir ki, göstəriciləri dəfələrlə artırmaq üçün bütün əsaslar var. Razılığa gəldik ki, növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edək və bununla yanaşı, artıq dediyim kimi, 20 əsas istiqamət üzrə proqram qəbul olunsun. Danışıqlar əsnasında konkret kooperasiya layihələrinin üzərində dayandıq. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz olacaq. Bu da ilk dəfədir. Birlikdə mühüm layihələrə start verəcəyik – bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi, belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir.  

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir