• Ç. Fev 5th, 2025

nəticə əldə etmişik və komanda hesabında Azərbaycan 30-cu yerdə

ByVuqar Ferzeliyev

Dek 27, 2024

Prezident İlham Əliyevin 2024-ci ilin idman yekunlarına mərasimində çıxışında deyildiyi kimi bu gün Azərbaycan qazandığı idman ölkəsi statusunu Həqiqətən, Azərbaycan dünyada İdman ölkəsi kimi tanınır. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. qoruyub saxlayır. Hər il olduğu kimi, yola saldığımız il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik və komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında  Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idma şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
       Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik sağlam gənclik formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində də daha böyük rol oynayır. Məhz dövlətin, şəxsən Prezident İlham Əliyevin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hesab edirəm ki, bu görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir.  
İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Əlbəttə ki, burada vətənpərvərlik amili daim diqqətdə olmalıdır.Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik.
                                                                                  Salamat Nəcəfov,
   Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu 
  üzrə gənclər və idman sektorunun  baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir