Su ehtiyatlarının idarə olunmasında yeni mərhələ: su anbarlarının tikintisi və tam sayğaclaşdırma
Müasir dövrdə su ehtiyatlarının qorunması və səmərəli idarə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. İqlim dəyişmələri, əhalinin artımı, kənd təsərrüfatı və sənayenin genişlənməsi suya olan tələbatı kəskin artırır. Bu baxımdan, ölkədə 30-a yaxın yeni su anbarının tikilməsi və su təsərrüfatında sayğaclaşdırmanın 100 faizə çatdırılması strateji əhəmiyyət daşıyan mühüm tədbirlər kimi çıxış edir.
Yeni su anbarlarının inşası ilk növbədə ölkənin su təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Su anbarları mövcud su ehtiyatlarının toplanması, mövsümi yağıntıların səmərəli istifadəsi və quraqlıq dövrlərində əhalinin, kənd təsərrüfatının və sənayenin fasiləsiz su ilə təmin olunması baxımından mühüm rol oynayır.
30-a yaxın yeni su anbarının tikilməsi:
Bununla yanaşı, yeni su anbarları regionların sosial-iqtisadi inkişafına da ciddi töhfə verəcək, kənd yerlərində məşğulluğun artmasına və əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə imkan yaradacaqdır.
Su ehtiyatlarının səmərəli istifadəsində əsas problemlərdən biri nəzarətsiz və ölçülməyən istehlakdır. Bu səbəbdən sayğaclaşdırmanın 100 faizə çatdırılması dövlətin su siyasətində əsas hədəflərdən biri olmalıd
yanaşma su ehtiyatlarının uzunmüddətli qorunmasını, ekoloji tarazlığın saxlanılmasını və gələcək nəsillər üçün dayanıqlı su təminatının formalaşdırılmasını təmin edəcəkdir.
Nəticə etibarilə, 30-a yaxın yeni su anbarının tikilməsi və sayğaclaşdırmanın 100 faizə çatdırılması dövlətin strateji maraqlarına cavab verən, milli təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah baxımından mühüm əhəmiyyət kəsb edən addımlardır. Bu tədbirlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi ölkənin su ehtiyatlarının idarə olunmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır.
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Gülnarə Fərəcova
