• Ça. Noy 26th, 2024

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi

ByVuqar Ferzeliyev

Mar 16, 2024

“Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar, ərazimizi tərk edirlər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.  Azərbaycan heç vaxt müharibə arzusunda olmayıb. Bu cümləni təsdiqləyən 30 illik səbrimiz var. Bəlkə də, dünyada bizdən çox danışan xalq da yoxdur. Biz hər şeyi danışdıq, sülh yolu ilə qaydasına salmağa çalışdıq.                                                  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü düşmənə, eləcə də onların havadarlarına  göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, ölkəmizin suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də ölkə başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ələddin Zeynalov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir