• Şb. Dek 21st, 2024

ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.

ByVuqar Ferzeliyev

Dek 20, 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin dekabr ayının 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə vermişdir.
   Sözü gedən müsahibə zamanı Prezident İlham Əliyev dövlətimizin Rusiya ilə qarşılıqlı əlaqələrindən danışmışdır və bu əlaqələrin dostluq, qarşılıqlı fəaliyyət və əməkdaşlığın ən yüksək forması olduğunu vurğulamışdır.
   Dövlət başçımız Cənab Prezident İlham Əliyev dövlətimiz ilə Ermənistan arasındaki sülh proseslərindən danışarkən söylədi ki, – “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.”
    Hərkəsə məlum olduğu kimi,  erməni qəsbkarlarının Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması problemləri ATƏT-in yarandığı gündən etibarən bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin bərbad nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin erməni terrorçularından azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün heç bir şey etməmiş əksinə, bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi ancaq Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdi.
  
   Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                             

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir