Bu gün Azərbaycan-Belarus əlaqələrinin inkişafı və münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir. Bu, ilk növbədə prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı əlaqələrin sıxlığını, hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. İqtisadi əlaqələrimiz ildən ilə sürətlənir. Azərbaycan – Belarus prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafından xəbər verir. Bu, ondan xəbər verir ki, Azərbaycan-Belarus əlaqələri keyfiyyətcə bütovlükdə MDB dövlətləri arasındakı əlaqələrdən və münasibətlərdən fərqlənir..
Mayın 16-da Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenlərin birgə bəyanatında hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məqamlar ifadə olunub. Bu səmimiyyət, yaxınlıq özünü həm də onda ifadə edir ki, Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və hər iki dövlət istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq arenada biri-birini səmimi və ciddi şəkildə dəstəkləyirlər.
Prezident İlham Əliyev vurğulayıb ki, Belarus gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər Azərbaycan-Belarus münasibətləri sıx qardaşlıq və mehriban qonşuluq münasibətlərinə söykənir. Fərqli regionlarda yerləşməsinə baxmayaraq hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Eyni zamanda, bu iki dövlət birgə əməkdaşlıq sahələrini uğurla uyğunlaşdıra bilirlər. Ölkələrimiz bir-birinin suverenliyini beynəlxalq aləmdə müdafiə edir.
Səfər zamanı əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanması Azərbaycan-Belarus münasibətləri bütövlükdə beynəlxalq müstəvidə münasibətlərini formalaşdıran və əməkdaşlığını inkişaf etdirən digər dövlətlər üçün unikal bir nümunədir. Yəni Azərbaycan və Belarus respublikaları münasibətlərini inkişaf etdirən və qarşılıqlı əməkdaşlıqlarını genişləndirən zaman öz milli maraqlarından çıxış etməklə yanaşı, qarşılıqlı şəkildə biri-birlərinin də maraqlarına böyük həssaslıqla yanaşırlar ki, bu da müasir beynəlxalq münasibətlər sistemində çox nadir müşahidə olunan bir nümunədir.