• C. Noy 22nd, 2024

Azərbaycan beynəlxalq müstəvidə

ByVuqar Ferzeliyev

İyl 23, 2024

 Prezident İlham Əliyev iyulun 20-də 2-ci Qlobal Şuşa Forumunun açılış mərasimindəki çıxışında qeyd etdi ki,  torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.

Lakin unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.

Hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində Azərbaycanın da rolu və yeri görünməkdədir. ABŞ-la münasibətlərin tarixində müəyyən enişli-yoxuşlu dövrlər olub. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq;

 Azərbaycan uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərib. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik. Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır.

Azərbaycan bu günədək Ukrayna xalqına humanitar və maliyyə dəstəyi göstərib. Qırx milyon avroya yaxın yardım edilibdir və bu yardım davam edir, tamamilə şəffaf yardımdır. Ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər. Biz kömək üçün əlimizdən gələni edəcəyik.

İnkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcək.  Afrika İttifaqının bir çox üzvləri ilə bizim fəal təmaslarımız var.

Prezident vurğulayıb ki, “Troyka”nın təsis edilməsinin təşəbbüskarı Azərbaycandır. Bu, Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətraf mühiti çirkləndirən böyük ölkələr hansılardır. Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin. O ölkələr ki, atmosferə daha çox tullantı buraxır və pulları var, onlar maliyyə baxımından töhfə verməlidir.

Çoxvektorlu diplomanik münasibətlər, daxildə isə çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir – düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi.Biz ayıq olmalıyıq, dostla düşməni yaxşı tanımalıyıq.

Vüqar Mirzəyev,Cəlilabad Rayon İcra Ha

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir