• Bz. Noy 24th, 2024

Azərbaycan COP29-a xüsusi önəm verir

ByVuqar Ferzeliyev

Sen 25, 2024

         Milli Məclisimizin ötən tərkibinin fəaliyyət göstərdiyi 2020-2023-cü illərdə  torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam təmin olunması ölkə vətəndaşları tərəfindən qürur və sevinclə qarşılandı, həm Prezident, həm də Milli Məclisə seçkilərlə bağlı sərəncamlar da eyni hisslərlə qarşılandı. Çünki seçkilərin bütöv Azərbaycanda keçiriləcəyi günü hər kəs illərdən bəri gözləyirdi. Bizim üçün ən fərəhlisi budur ki, soydaşlarımız artıq məcburi köçkün statusunda deyil, öz doğma torpaqlarında seçki hüquqlarından istifadə edirlər. Bu, hər bir vətəndaşın həyatında bu xüsusi bir hadisədir. Növbədənkənar parlament seçkiləri bundan sonrakı mərhələdə əsas diqqətimizi mühüm məsələlərin həllinə yönəltməyə imkan verdi. Çünki parlament seçkiləri özlüyündə olduqca mühüm siyasi hadisə idi.

        Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev özünün geniş və dərin məzmunlu nitqində vurğulamışdır ki, Azərbaycan COP29 konfransına xüsusi önəm verməklə beynəlxalq təhlükəsizlik məsələsinə, bəşəriyyətin gələcək rifahı məsələsinə nə dərəcədə həssas yanaşdığını bir daha nümayiş etdirir. Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

      Qeyd etmək lazımdır ki, Azərbaycan qədər səmiyyətlə qlobal məsələlərin həllinə yanaşan dövlətlərin sayı çox azdır. Azərbaycan dövlətinin, ölkə başçısının təşəbbüsləri hər zaman insanlığın rifahına, təhlükəsizliyinə xidmət edir. Qeyd edək ki, bu mühüm siyasi prosesin COP29 konfransının keçirilməsi ilə eyni vaxtda təşkil olunması məqsədəuyğun deyildi. Bu həm parlament seçkilərinin əhəmiyyəti nöqteyi nəzərindən, həm də COP29 konfransının əhəmiyyəti nöqteyi nəzərindən doğru olmazdı. Buna görə də seçkilər iki ay öncəyə çəkildi. COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən mühüm konfransdır. Konfrans çərçivəsində ölkəmizə 80 minə qədər qonaq gəlməsi gözlənilir. Konfransın ən yüksək tələblərə cavab verərək, təşkil olunması ölkəmizin birbaşa beynəlxalq imici məsələsidir. Hər zaman olduğu kimi bu mühüm beynəlxalq konfransa da ən yüksək şəkildə ev sahibliyi edəcək. Bu isə ölkəmizin dünyaya verdiyi mühüm töhfə olacaq. Çünki bu gün beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də iqlim dəyişmələridir. Bəşəriyyət iqlim dəyişmələrinin olduqca təhlükəli nəticələri altında çox ciddi düşünməkdədir. COP29-un Azərbaycanda keçirilməsi bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.

Mirsüleyman Mirxaslı,

YAP Cəlilabad Rayon Təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir