Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında vurğulandəğı kimi, ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq. Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək.
İki ölkə arasında əməkdaşlıq sahələri yetərincədir, lakin bunların sayını daha da artırmaq günün vacib tələbidir. Daha əvvəl ölkələrimiz arasında münasibətlər Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi ilə geniş vüsət aldı. Üzv dövlətlərin sayına görə BMT-dən sonra ən böyük ikinci təşkilat sayılan Qoşulmama Hərəkatına uğurlu rəhbərlik dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xüsusi təsir göstərdi və onu beynəlxalq siyasi sistemin aparıcı ölkələrindən birinə çevirdi. Ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il təsisatın tarixində mühüm hadisələrlə yadda qaldı. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır.
Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır.Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
Prezident vurğulayıb ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksəksəviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır. Bu gün Fransa uzun illər müstəmləkəsi altında saxladığı ölkələrə neokolonializm siyasətini diktə edərək, bu ölkələrin istismarını davam etdirir, uzun illər istismar etdiyi Afrika ölkələrindən əl çəkmək əvəzinə, hələ də onların müstəqilliyinə imkan vermir.
Sultan Bayramov,
Cəlilabad rayon Su-kanal sahəsinin mühəndisi