• Ça. Noy 26th, 2024

Azərbaycan dünyada tolerant ölkə kimi tanınır

ByVuqar Ferzeliyev

May 3, 2024

        Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimində nitq söyləyib.

         Dövlətimizin başçısı qeyd edib ki, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq.  

       Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir.

       Heydər Əliyev Fondu bu istiqamətdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirib. “Azərbaycan tolerantlıq məkanı” adlı layihə sərhədlərimizdən kənarda da kifayət qədər tanınır. Berlin kilsəsinin, Romada “Filosoflar zalı”nın bərpası, Parisdə yerləşən Luvr muzeyində İslam mədəniyyəti seksiyasının qurulması, Versal sarayının bərpası və s. ilə bağlı çoxsaylı mədəni layihələrdə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu, Azərbaycanın ümumbəşəri irsə verdiyi dəyərin göstəricisidir.

      Bu, birinci növbədə ölkənin təbliği ilə bağlı çox vacib tədbirdir: “İkincisi isə Bakını tolerantlıq mərkəzi kimi təqdim etmək fürsətidir. Üçüncü də bu ölkəyə gələn insanların Azərbaycanla bağlı yetkin təsəvvürlərinin formalaşmasını təmin edən bir prosesdir. Bunlar hamısı bütövlükdə Azərbaycanın inkişafına, onun müəyyən inkişafını göstərməyə fürsət yaradan hadisələrdir.

      Forumda müzakirə olunan məsələlər həm də post-müharibə dövründən sonra Azərbaycanın daha çox humanitar istiqamətdə çalışmalarını önə çəkən bir fəaliyyətdir. Xüsusilə də, COP29 ərəfəsində belə bir forum həm də Azərbaycana diqqətin artmasına gətirib çıxaracaq.

       Forumda həm də müxtəlif ölkələrdən gələn düşüncə adamlarının fikirləri yer aldı. Bu, imic məsələsidir. Azərbaycan dialoq keçirə bilən ölkə imicini daşıdığını bu kimi məsələlərlə daha aydın şəkildə göstərməkdədir.

Rövşən Həsənov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir