Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I Forum – 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
Həll olunmayan məsələlər, nöqsanlar məruzələrdə və çıxışlarda cəsarətlə göstərilmişdir. Bunlar şəxsən məni çox sevindirir. Çünki bugünkü gənclər cəsarətli olmalıdırlar, hər şeyi açıq-aydın deməlidirlər, nöqsanların üstünü örtməməlidirlər. Şübhəsiz ki, nöqsanlar dövlət və hakimiyyətin ayrı-ayrı orqanlarının fəaliyyətinə aiddir. Eyni zamanda, gənclər təşkilatlarının, gənclərin özünə aiddir
III forum 13 oktyabr 2003-cü ildə,IV forum 2005-ci ildə ,V forum 03 oktyabr 2008-ci ildə,VI forum 25 oktyabr 2011-ci ildə,VII forum 2-3 iyun 2014-cü ildə ,VIII forum 16 noyabr 2018-ci ildə,IX Forum 25 dekabr 2020-ci ildə keçirilib. Onu da qeyd edək bu formaların hər biri Bakı şəhərində keçirilib.
Azərbaycan gənclərinin sonuncu forumu olan IX forumda məqsəd 2020 ci ildə ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı keçirilib.
Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Təbii ki, bu, gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin reallaşmasının göstəricisidir.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.
Əliyeva Afət
Saatlı Dövlət Rəsm Qalereyasının baş fond mühafizi
