Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi. Biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik.
Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Bu gün Azərbaycan çox güclü tərəfdaşlıqlar əldə edir: Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda iştirakı bəzi qüvvələri narahat edir. Azərbaycan enerji, iqtisadiyyat sahəsində günü-gündən vacib ittifaqlara imza atır. Bunu dünya mətbuatı da etiraf edir və onlar Azərbaycan Prezidentinin Avropada güclənən mövqeyindən bəhs edirlər. Ermənistan müxalif qüvvələrinin də əsas müzakirə mövzusu Azərbaycanın güclənməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya göstərdi ki, döyüş meydanında qazanılan uğur, həm də uzaqgörən diplomatik manevrlərlə möhkəmləndirilməlidir. Azərbaycan sadəcə torpaqlarını azad etmədi, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Bu prosesdə hərbi gücün beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə şərait yaratdı.
Tacəddin Əli,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad
rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi
