• Be. Okt 13th, 2025

Azərbaycan-İtaliya münasibətləri strateji xarakter alıb

ByVuqar Ferzeliyev

Okt 3, 2025

      Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Həmçinin, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu. Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.

       İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfəri əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu  səfər iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin açılışı mərasiminin keçirilməsi iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.

      Qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.

. Azərbaycana yaxın dost olan İtaliya işğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəkləyib.Bütün beynəlxalq müstəvidələrdə İtaliya Azərbaycanın mənafelərini müdafiə edir. Həmçinin, iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq var. Ümumiyyətlə, İtaliya-Azərbaycan münasibətləri artıq həqiqətən strateji xarakter alıb. Tərəflər arasında münasibətlərin böyük inkişaf perspektivləri var. İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. “Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”, – deyə İbirgə bəyanatda taliya Prezidenti vurğulayıb.Bir sözlə, qeyd etdiklərimiz bu qənaətə də əsas verir ki, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır.

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal müəssisələri

 kombinatın direktoru